İspaniyada Ronaldonun təyyarəsi saxlanıldı

18:35 - 02 İyul 2022

İspaniyada Ronaldonun təyyarəsi saxlanıldı

İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun şəxsi təyyarəsini saxlayıb.

Manşet.az xəbər verir ki, buna səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.

Məlumata görə, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib. Bundan sonra o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb.

Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu da təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az