Bu ölkədən XƏBƏRDARLIQ: "Belarusa getməyin, risk çox ciddidir"

19:07 - 02 İyul 2022

Bu ölkədən XƏBƏRDARLIQ: \"Belarusa getməyin, risk çox ciddidir\"

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Belarusa səfərdən çəkinməyi və belə bir səfərə ehtiyac olarsa, ehtiyatlı olmağı tövsiyə edib. 

Manşet.az xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.

“Biz sizə çox diqqətli olmağı və Belarusa səfərlərdən çəkinməyi tövsiyə edirik. Belarus hakimiyyətinin mövqeyi davamlı olaraq Ukrayna və Polşaya qarşı düşmənçilikdir.

Əgər kimsə Polşanı düşmən hesab edən bir ölkənin ərazisində olmaqla riskə getmək istəyirsə, o zaman başa düşməlidir ki, risk çox ciddidir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az