Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukrayna hərbçilərinin Lisiçanskda tam mühasirəyə alındığını elan edib.
Manşet.az xəbər verir ki, bu barədə Çeçenistan lideri "Telegram" kanalında yazıb.
"Əməliyyat məlumatını hörmətli, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev verib. Tezliklə şəhərə genişmiqyaslı hücum başlayacaq", -deyə R.Kadırov əlavə edib.