Ukrayna ordusu İvanovka kəndini işğaldan AZAD ETDİ

21:57 - 02 İyul 2022

Ukrayna ordusu İvanovka kəndini işğaldan AZAD ETDİ

Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini işğaldan azad edib.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Cənub istiqamətində düşmən Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib", - Baş Qərargah açıqlayıb.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin işğalı altında olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. İşğalçı qüvvələr nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az