İran – siğənin qanuni olduğu yeganə ölkə - VİDEO

23:25 - 02 İyul 2022

İran – siğənin qanuni olduğu yeganə ölkə - VİDEO

Hal-hazırda İran dünyada, o cümlədən islam aləmində siğənin hakimiyyət tərəfindən qanuniləşdirildiyi yeganə ölkədir.

Manşet.az xəbər verir ki, bu barədə “Azad İran” “Youtube” kanalı paylaşım edib.

İranda siğənin qatı tərəfdarları kimi, ciddi əleyhdarları da vardır, bu da vaxtaşırı qızğın və qalmaqallı diskussiyalara səbəb olur.

Bir çox sosioloqlar müvəqqəti izdivacın ictimai və mədəni fəsadlarına diqqəti cəlb edərək, onun ailə institutunun sarsılmasına gətirib çıxardığını vurğulayırlar. Bəziləri isə uzun-uzadı mülahizələr yürütmədən siğənin hüquqi təsdqini ölkədə fahişəliyin qanuniləşdirilməsi və ona şərti don geyindirilməsi kimi qiymətləndirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az