Bu gün Yerin yaxınlığından asteroid keçəcək

09:28 - 03 İyul 2022

Bu gün Yerin yaxınlığından asteroid keçəcək

Bu gün Yer kürəsinə 3,29 milyon kilometr məsafədə 2022 JE1 asteroidi yaxınlaşacaq.

Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

NASA kosmik cismi Yer kürəsi üçün “potensial təhlükəli” adlandırıb.

Onun diametri 50-155 metr arasında dəyişir.

Qeyd edək ki, asteroidin Yerə növbəti yaxınlaşması 2027-ci il iyulun 14-də baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az