Bu ökə Ukraynaya “MiQ-29” qırıcı təyyarələri verə bilər

18:52 - 03 İyul 2022

Bu ökə Ukraynaya “MiQ-29” qırıcı təyyarələri verə bilər

Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələri və sovet tankları verə bilər.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Slovakiya Baş naziri Eduard Heger çexiyalı həmkarı Peter Fiala ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ancaq Slovakiya Baş naziri Ukrayna tərəfinin xahişi nəzərə alınaraq, bu barədə detallı danışmaq istəmədiyini qeyd edib. Slovakiya “MiQ-29” qırıcı təyyarələrinin əvəzinə sifariş verdiyi “F-16” təyyarələrini alana qədər Çexiyadan hava məkanının qorunması üçün kömək istəyib.

Peter Fiala isə Çexiyanın Slovakiyaya hava məkanının qorunmasında kömək edəcəyini söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az