Ermənilər Qarabağda texnoməktəb açır

20:41 - 03 İyul 2022

Ermənilər Qarabağda texnoməktəb açır

Ermənilər Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində texnikum açmaq istəyirlər.

 

Manset.az xəbər verir ki, bu barədə Gümrü şəhərində keçirilən “Tech Week Gyumri 2022”-də “Instigate mobile”ın maliyyə direktoru Spartak Kürəkyan deyib.

O bildirib ki, bu, “faciəli şəkildə” maşın vurması nəticəsində ölən 29 yaşlı Sona Mnatsakanyanın arzusu imiş və indi ermənilər birləşib, bunu gerçəkləşdirməyə çalışırlar.

Texnoməktəbin açıqlacağı yeri də müəyyən ediblər – Naxçıvanik kəndi.

“İlk məktəbə Sona Mnatsakanyanın adı veriləcək. Layihə üçün 107 min dollar toplamaq lazımdır ki, onun bir hissəsi müxtəlif fondlar sayəsində artıq toplanıb", - Kürəkyan deyib.

Qeyd edək ki, ermənilərin rus sülhməramlılarının nəzarəti altında olan torpaqlarımızda özbaşınalığı və qanunsuz hərəkətləri gündən-günə genişlənir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az