Türkiyəli aktyor Engin Öztürk xəstəxanalıq olub.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, o, belindəki şiddətli ağrılar səbəbilə əməliyyat olunub. Aktyorun qəfil cərrahiyyə əməliyyatı keçirməsi səbəbindən serial çəkilişləri yarımçıq qalıb və ötən həftə yeni bölümü yayımlanmayıb.
Müalicəsi başa çatan E. Öztürk evə buraxılıb.
