Ermənistanda 15 hərbçi öldü - Yüksək rütbəli şəxs saxlanıldı

10:50 - 31 Yanvar 2023

Ermənistanda 15 hərbçi öldü - Yüksək rütbəli şəxs saxlanıldı

Ermənistanda hərbi hissədə 15 əsgərin ölümü ilə nəticələnən yanğınla əlaqədar daha bir hərbi qulluqçu həbs edilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğu yayıb.

Məlumata görə, prokurorluq yanvarın 30-u "N" saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi mayor M.S. barəsində cinayət işi başladıb. Mayor vəzifə öhdəliklərinə qarşı səhlənkar yanaşmaqda ittiham olunur. O, bu gün saxlanılıb.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az