ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya F-16-ları verməyəcəyini söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden Ağ Evdə müxbirin "ABŞ Ukraynaya F-16-lar verəcəkmi?" sualına “Xeyr” cavabını verib.
O, Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyi ilə bağlı suala da “Əmin deyiləm” – deyib.
Digər tərəfdən Bayden Polşaya səfər edəcəyini və lakin səfərin nə vaxt olacağını hələ bilmədiklərini bildirib.
Manşet.az