İran 5 qayığı və 23 nəfəri ələ keçirdi

12:20 - 31 Yanvar 2023

İran 5 qayığı və 23 nəfəri ələ keçirdi

İran Fars körfəzində qaçaq yanacaq daşıdıqları səbəbiylə 5 qayığı ələ keçirib, hadisə ilə əlaqədar 23 nəfəri həbs edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hörmüzqan vilayətinin Ədliyyə Başçısı Mücteba Qəhrəmani Fars körfəzində qaçaq yanacaq yükləndiyi aşkarlanan 5 qayıqda əməliyyat keçirildiyini bildirib.

İnqilab Keşikçiləri Ordusunun əməliyyatı nəticəsində qayıqlardan 400 min litr qaçaq yanacaq ələ keçirildiyini qeyd edən Qəhrəmani, qayıqların müsadirə edildiyini, hadisə ilə əlaqədar 23 nəfərin həbs edildiyini bildirib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az