ABŞ dövlət katibi Antoni Blinken iki günlük İsrail-Fələstin təmaslarını başa vurduqdan sonra mətbuat konfransı keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail və Fələstində danışıqlar aparan ABŞ dövlət katibi Antoni Blinken bölgədə artan şiddətə diqqət çəkib.
İsrailə qeyri-qanuni yəhudi məskunlaşmalarının genişləndirilməsi istiqamətində atılacaq addımlarla bağlı xəbərdarlıq edən Blinken, "Hər iki tərəf qısa müddətdə yanğını alovlandıracaq və uzunmüddətli perspektivdə iki dövlətli həll yolunu sarsıdacaq addımlardan qaçmalıdır” – deyib.
Manşet.az