“Instagram”dan ayrıldıqdan dörd ildən çox vaxt keçdikdən sonra onun yaradıcıları Kevin Sistrom və Mayk Kriqer yeni proqramla geri qayıdırlar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu dəfə proqramın məzmunu fotolar yox, xəbər lentləri və məqalələrdir.
Kevin Sistrom və Mayk Kriqer, süni intellektlə təchiz edilmiş "fərdiləşdirilmiş xəbər lentləri" vəd edən “Artifact” proqramının istifadəyə verildiyini elan ediblər. Kriqer instaqram səhifəsində bildirib ki, o və Sistrom bu xidməti işə salmaq üçün bir ildən çox müddət ərzində “bacarıqlı komanda ilə çalışıb”.
Artifact maraqlara əsaslanan məzmun təklif edəcək və dostlarla müzakirəyə icazə verəcək. Əsas səhifədə əsas media orqanlarından tutmuş kiçik bloqerlərə qədər məşhur məqalələr nümayiş etdiriləcək və istifadəçinin səhifəsi kliklədiyi şeyə görə daha şəxsi olacaq.
Manşet.az