Aİ qurumları razılaşarsa, vizalar artıq pasportlarda çap olunmayacaq, rəqəmsal sistemə keçəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AP-nin Vətəndaş Azadlıqları Komitəsinə təqdim edilən və 34 deputatın 5-in əleyhinə səs verdiyi hesabat, viza müraciətlərini rəqəmsal şəkildə etməklə viza proseslərini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Viza müraciətlərinin rəqəmsallaşdırılması üçün tələb olunan hüquqi proses çərçivəsində Avropa İttifaqı ölkələrinin nümayəndələrindən ibarət Aİ Şurası, Aİ Komissiyası və AP birgə danışıqlar yolu ilə nəticə çıxarmalıdır.
Viza müraciəti xərclərinin və prosedurlarının azaldılması, müraciətlərin vahid platformada qəbul edilməsi, sistemin Aİ-nin sərhəd idarəetmə və verilənlər bazası sistemləri ilə inteqrasiyası, saxtakarlığın qarşısının alınması və rəqəmsal vizalar sayəsində təhlükəsizliyin artırılması nəzərdə tutulur.
Bundan əlavə, rəqəmsal viza müraciəti sistemində çoxdilli variantın olması, beləliklə, eyni IP ünvanından edilən müraciətlərin kollektiv şəkildə rədd edilməsinin qarşısının alınması da parlamentin qəbul etdiyi hesabatda yer alır.
Manşet.az