Rusiyanın enerji nəhəngi “Qazprom” bu gün Ukrayna üzərindən Avropaya qaz axınını 20 faiz artıraraq 29,4 milyon kubmetrə çatdırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bildirilib ki, Sohranivka paylama məntəqəsindən edilməsi planlaşdırılan qazın daşınması tələbi Ukrayna tərəfindən rədd edilib və paylama Sudja məntəqəsindən davam etdiriləcək. Sudjadan Avropaya ötən gün 24,2 milyon kubmetr olan daşımaların həcmi bu gün 29,4-ə yüksəlib.
Rusiyanın "Qazprom" enerji şirkətinin sözçüsü Sergey Kupriyanov, "Bu gün Ukraynanın təbii qaz nəqli sisteminin operatoru olan OGTSU 29,4 milyon kubmetrlik transfer tələbini qəbul edib", - bildirib.
Digər tərəfdən, “Qazprom” Yamal-Avropa kəməri və “Şimal axını” boru kəmərləri ilə Avropaya qaz axınını dayandırmışdı. Enerji nəhənginin daşınması yalnız Ukrayna üzərindən davam edir.
Manşet.az