Ərdoğan Kılıçdaroğluna səsləndi - “Bay bay Kamal”

15:38 - 01 Fevral 2023

Ərdoğan Kılıçdaroğluna səsləndi - “Bay bay Kamal”

“Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna bəzən “Bay Kemal” (Cənab Kamal – red.) deyə müraciət edirik. O, bu ifadənin sonundakı nidanı anlamayaraq bunu özünə şüar elan edib”.

 

Manet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ölkənin hər işi kimi müxalifətə şüar tapmaq da bizə qalıb. Madam ki, cənab Kamal bu ifadəni çox sevib, ona bundan sonra istifadə edə biləcəyi yeni şüarı təqdim edirəm: bay bay Kamal”, - deyə Ərdoğan qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az