Vladimir Putinin imzaladığı Rusiya neftinin qiymətinin yuxarı həddi olan ölkələrə daşımaların dayandırılması ilə bağlı fərman qüvvəyə minib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin tavan qiymət tətbiqində iştirak edən ölkələrə neft nəqlini dayandıran fərmanı imzalamışdı.
Rusiya liderinin imzaladığı fərman bu gündən qüvvəyə minib.
Fərman iyulun 1-dək qüvvədə olacaq. Qüvvədə olma müddəti uzadıla biləcək fərman Putinin xüsusi qərarı çərçivəsində istisnalara da yol verəcək.
Manşet.az