500 min insan işini tərk etdi - İngiltərədə nəhəng tətil

16:48 - 01 Fevral 2023

500 min insan işini tərk etdi - İngiltərədə nəhəng tətil

İngiltərədə bu gün müəllimlər, dövlət qulluqçuları, dəmir yolu və avtobus işçiləri və universitet işçiləri eyni vaxtda tətil edirlər.

 

Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, 500 minə yaxın insan işini tərk edib. Bəzi həmkarlar ittifaqları tarixlərində ilk dəfə və ya onilliklər ərzində ilk dəfə tətil etmək qərarına gəliblər.

Bir çox həmkarlar ittifaqının tətil hərəkatlarını birləşdirmək qərarı ilə son 10 ilin ən böyük və ən əhatəli tətilinin bu gün keçirildiyi bildirilir.

Ölkədə xüsusilə keçən ilin yaz aylarından bu yana on minlərlə işçi, maaş artımlarının yaşayış minimumunun gerisində qaldığı səbəbiylə tətillərə qatılıb.

İngiltərədə inflyasiya keçən il artaraq noyabr ayında yüzdə 11 ilə son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Tətillərin ən mühüm səbəblərindən biri maaş artımı təkliflərinin bu böyük qiymət artımından geri qalmasıdır.

Maliyyə Araşdırmaları İnstitutunun məlumatına görə, 2010-2022-ci illərdə müəllimlərin maaşları real ifadədə orta hesabla 11 faiz azalıb.

Həmkarlar bu nisbətin əslində yüzdə 23 olduğunu bildirirlər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az