Balıqçıya köpək balığı hücum etdi - O anları lentə aldı

20:47 - 16 May 2023

Balıqçıya köpək balığı hücum etdi - O anları lentə aldı

Amerika Birləşmiş Ştatlarının Havay bölgəsində çəkilən görüntülər sosial mediada gündəm olub.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, ABŞ-da balıqçıya nəhəng köpəkbalığı hücum edib.

Okeanın ən vəhşi və təhlükəli heyvanlarından olan pələng köpəkbalığının hücumuna məruz qalan Haraquçi həmin anları lentə alıb.

Hadisənin gündəmə çevrilməsindən sonra yaşadıqlarını izah edən Haraguchi, ilk dəfə 'vıyıltı' eşitdiyini söyləyib

"Suya tərəf baxdım və böyük qəhvəyi bir şey gördüm. Beynim bunun tısbağa olduğunu düşündü, amma sonra bunun pələng köpəkbalığı olduğunu anladım", - Haraquchi deyib.

Kadrlarda Haraquçinin köpək balığını qayıqdan uzaqlaşdırdığı görülüb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, köpəkbalığının Haraquçi suiti ilə səhv saldığı bildirilib.

Pələng köpəkbalıqlarının insanlara nadir hallarda hücum etdiyini bildirən mütəxəssislər, sözügedən balıqların 8 metrə qədər böyüyə biləcəyini, çəkisinin isə 650 kiloqrama qədər olduğunu bildiriblər.

Jalə

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az