Ərdoğan seçki mitinqləri keçirməyəcək

22:29 - 16 May 2023

Ərdoğan seçki mitinqləri keçirməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk dəfə müsahibə verib 

 

Manset.az xəbər verir ki, o, "CNN Türk" və "Kanal D" kanallarına seçki prosesi və seçkidən sonrakı hadisələrlə bağlı sualları cavablayıb.

Ərdoğan ikinci tur üçün böyük mitinqlər keçirməyəcəyini bildirib. O, bu həftə sonu zəlzələ bölgəsinə gedəcəyini bildirib.

"Bu həftənin sonunda zəlzələ bölgəsinin müəyyən bir hissəsini ziyarət edəcəm. Mitinq planlaşdırmıram, zəlzələ bölgəsində mitinq xarakterli toplantılar keçirə bilərik", - o qeyd edib.

Türkiyə lideri deyib ki, qarşıdakı 12 günü diqqələ qiymətləndirəcəklər və qətiyyən rahat davranmayacaqlar: "Artıq 28 May üçün işə başlamışıq. Bu gün bütün liderlərlə görüşlərim oldu. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az