Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Kniaziyev rüşvətxorluq ittihamı ilə başladılan korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Kniaziyevi rüşvətxorluq ittihamı ilə başladılan korrupsiya istintaqı çərçivəsində saxlayıb.
Ali Məhkəmənin sədri Kniaziyev 2,7 milyon dollar rüşvət almaqda şübhəli bilinir.
Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun prokuroru Oleksandr Omelçenko bildirib ki, Kniaziyev ölkə tarixində rüşvətxorluğa görə həbs edilən ən yüksək vəzifəli məmurdur.
Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu dünən birgə araşdırma zamanı Ali Məhkəmədə irimiqyaslı korrupsiyanın, yəni Ukrayna rəhbərliyi və hakimləri üçün planın üzə çıxdığını açıqlayıb.
Ukrayna “Transparency International” təşkilatının Korrupsiya Qavrama İndeksində 180 ölkə arasında 116-cı yerdədir.
Manşet.az