ChatGPT baş direktorundan süni intellektin gələcəyi ilə bağlı QORXUNC AÇIQLAMA

10:29 - 17 May 2023

ChatGPT baş direktorundan süni intellektin gələcəyi ilə bağlı QORXUNC AÇIQLAMA

OpenAi-nin Baş İcraçı Direktoru (CEO), ChatGPT-ni inkişaf etdirən Samuel Harris Altman, süni intellekt robotu ChatGPT haqqında  açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Altman, ən böyük qorxusunun texnologiya sənayesi kimi dünyaya əhəmiyyətli zərər verə biləcəyini söyləyib.

"Bütün texnoloji inqilablarda olduğu kimi, mən məşğulluğa əhəmiyyətli təsir gözləyirəm, lakin bu təsirin tam olaraq necə görünəcəyini proqnozlaşdırmaq çox çətindir".

Altman, ChatGPT texnologiyasının "çox pis yerlərə gedə biləcəyi" proqnozunu dilə gətirərək Senata xəbərdarlıq edib.

ChatGPT-nin artan populyarlığı və süni intellektin müsbət və mənfi imkanlarından danışan Samuel Harris Altman hökumətin bu dəyişikliklərin idarə olunmasını təmin etmək üçün addım atmalı olduğunu etiraf edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az