Nigeriyada silahlı şəxslər ABŞ diplomatik karvanına hücum ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində silahlı şəxslərin ABŞ karvanına hücum etdiyi bildirilir.
Nigeriya polisindən verilən açıqlamada silahlı şəxslərin maşınları yandırmadan əvvəl 2 polis və 2 konsulluq əməkdaşını öldürdüyü, 3 nəfərin isə qaçırıldığı açıqlanıb.
Karvanda ABŞ vətəndaşının olmadığı bəyan edilib.
Manşet.az