Moskvanın Qırmızı Meydanında 9 May Qələbə Günü mərasimindən sonra səhhəti ilə bağlı müzakirə mövzusu olan Belarus lideri Aleksandr Lukaşenkonun yeni görüntüləri paylaşılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belarus hakimiyyəti prezident Lukaşenkonun səhhəti ilə bağlı iddialara son qoymaq üçün onun yeni foto və videolarını yayıb. Paylaşılan görüntülərdə Lukaşenkonun ordunun nəzarət-buraxılış məntəqəsinə baş çəkdiyi görünür.
“The Guardian” qeyd edib ki, kadrlardakı Lukaşenkonun sarğılı qolu və onun boğuq və yorğun səsi Belarus liderinin xəstə olması ilə bağlı iddiaları təsdiqləyən kimi görünə bilər. Ötən çərşənbə axşamı Moskvada keçirilən hərbi paradda iştirak edən Lukaşenko bir daha görünməmişdi. Qısa müddətdə Belarus prezidentinin səhhətinin pis olduğu və Minskə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirildiyi barədə iddialar yayılmağa başladı. Həmçinin Lukaşenko prezidentliyinin ildönümü ilə əlaqədar Minskdə keçirilən tədbirdə ilk dəfə olaraq çıxış etməmişdi.
Manşet.az