Çin bayraqlı balıqçı gəmisi dünən günorta saatlarında şiddətli tufana düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dalğalara müqavimət göstərə bilməyən gəminin batdığı bildirilib. Gəmidə olan 39 nəfərdən xəbər yoxdur.
Çinin şimalındakı Şandun əyalətində qeydiyyatda olan “Lupenglaiyuanyu 8” gəmisinin harada olduğu hələlik məlum deyil. Axtarışlar davam edir.
Manşet.az