Belçika Ukraynanın hava gücünü gücləndirmək üçün addım atmağa hazır olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, avropa ölkəsi Rusiyaya qarşı F-16 döyüş təyyarələrinin istifadəsi üçün ukraynalı pilotlara təlim keçməyi planlaşdırır. Baş nazir De Kroo pilotların hazırlanması ilə bağlı atmaq istədikləri addımı Ukrayna prezidenti Zelenskiyə çatdırıb.
Bildirilib ki, Belçika hökuməti təlimlərin təşkili ilə bağlı digər Qərb dövlətləri ilə məsləhətləşəcək.
Manşet.az