"Sənəd hazır idi" - Lavrov İrəvanın paxırını açdı

14:42 - 17 May 2023

\"Sənəd hazır idi\" - Lavrov İrəvanın paxırını açdı

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana kömək etməyə hazır idi. Lakin erməni dostlarımız müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı sənədin qəbulunu təxirə salmağı xahiş etdilər.

 

Manset.az Bakupost.az-a istinadən Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrova "Çarqrad" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, 2022-ci ilin yanvarında Qazaxıstan kömək istəyən zaman KTMT öz həyat qabiliyyətini sübut edib:

"Biz KTMT üzvü kimi Ermənistana da eyni şəkildə kömək etməyə hazır idik. 2022-ci ilin payızında təşkilatın Yerevanda keçiriləcək sammiti üçün erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq, KTMT-nin müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı sənəd hazırlandı. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırıldı. Son anda sammitdə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o sənəd kağız parçası kimi qalır və reallaşmır. Lakin İrəvan artıq razılaşdırılmış sənədi təsdiqləsə, onu imzalanmağa və qüvvəyə minməsinə hazır olsaydı, mən əminəm ki, Ermənistan bundan qazana və daha sabit vəziyyət əldə edə biərdi".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az