İranda bir ilk: Evlənmək istəyənlər üçün “tanışlıq mərkəzləri” açıldı

17:25 - 17 May 2023

İranda bir ilk: Evlənmək istəyənlər üçün “tanışlıq mərkəzləri” açıldı

İranın Gənclər və İdman Nazirliyinin Planlaşdırma və Sosial İnkişaf üzrə baş direktoru Mehdi Müttəkifer ölkədə son illərdə gündəmdə olan evlənməmə probleminə qarşı atılan addımları açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Müttəkifer bildirib ki, ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətdə 33 nöqtədə “tanışlıq mərkəzləri” açılıb.

Müttəkifer ailə quruculuğunu asanlaşdırmaq üçün açılan mərkəzlərin bir qisminin məscid və mədəniyyət mərkəzlərində yerləşdiyini və pulsuz xidmət göstərdiyini, bəzi mərkəzlərin isə xidmətlərinə görə ödəniş aldığını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az