Rusiya Finlandiyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı baş konsulluğunun bank hesablarını dondurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya Xarici İşlər Nazirliyi açıqlamasında sözügedən hesablara daxil olmağın mümkün olmadığını təsdiqləyib.
Nazirlikdən vəziyyətin ciddi olduğunu və məsələnin araşdırıldığını bildiriblər.
Finlandiya məsələ ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Finlandiyanın Rusiyada iki nümayəndəliyi, Moskvada səfirliyi və Sankt-Peterburqda baş konsulluğu var.
Manşet.az