Mən Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram” - Quterreş

20:47 - 17 May 2023

Mən Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram” - Quterreş

BMT-nin baş katibi Quterreş, “Qara Dəniz Taxıl Təşəbbüsü üçün BMT ilə koordinasiyada çalışaraq, Prezident Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram” deyib.

 

Manset.az xəbər verir ki,  BMT-nin baş katibi Quterreş Qara dəniz taxıl sazişinin uzadılmasını alqışlayıb. Davamlılığın dünya üçün xeyirli olduğunu vurğulayıb.

O bəyan edib ki, yarımçıq qalan məsələlər var, lakin Rusiya, Ukrayna, Türkiyə və BMT onları həll etməyə davam edəcək.

“Mən Qara Dəniz Taxıl Təşəbbüsü üçün BMT ilə koordinasiyada çalışaraq, Prezident Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram”, - Quterreş bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az