Ölən hərbçinin anası Paşinyanın oğluna görə saxlanıldı - VİDEO

09:10 - 18 May 2023

Ölən hərbçinin anası Paşinyanın oğluna görə saxlanıldı - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı ölən hərbçinin anası saxlanılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, adam oğurluğu maddəsi ilə iş açılıb, qadın saxlanılıb.

Qeyd edək ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbristanlığa aparacaqlarını deyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az