Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çinin Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Hui ilə görüşündə Ukraynanın müharibənin dondurulması ilə bağlı heç bir təklifi qəbul etməyəcəyini vurğulayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazir Kulebanın Ukraynanın paytaxtı Kiyevə səfər edən Li Hui ilə görüşdüyü bildirilib.
Görüşdə Ukrayna və Çin arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Bəyanatda Kuleba Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan davamlı və ədalətli sülhün bərpası prinsipləri haqqında Lini ətraflı məlumatlandıraraq, “Ukrayna öz ərazisini itirməyi və ya müharibəni dondurmağı nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək" - ifadəsindən istifadə edib.
Kulebanın Ukraynanın sülh formulu, Qara Dəniz Taxıl Təşəbbüsü, nüvə təhlükəsizliyinin təmin edilməsi və digər mühüm beynəlxalq səylərin həyata keçirilməsində Çinin iştirakının vacibliyinə diqqət çəkdiyi vurğulanıb.
Manşet.az