Hərbçilərə görə komediya truppası 2,1 milyon cərimələndi - FOTO

10:50 - 18 May 2023

Hərbçilərə görə komediya truppası 2,1 milyon cərimələndi - FOTO

Çində hərbçiləri ələ salan komediya truppası 2,1 milyon dollar cərimələnib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, komediyaçının Çində prezident Si Cinpinin şüarına istinad edərək hərbçiləri məsxərəyə qoyduğu “Shanghai Xiaoguo Culture Media Co.” komediya truppası 2,1 milyon dollar cərimə olunub. Şirkətə bağlı komediya aktyoru Li Haoşi paytaxt Pekində keçirilən stand-up şousu zamanı itlərinin davranışını əsgərlərin davranışına bənzədərək Prezident Sinin 2013-cü ildə Çin ordusu üçün "Qalib gəlmək üçün mübarizə aparın, nümunəvi davranış nümayiş etdirin" - ifadəsini işlədib. Li şou zamanı “Gördüyünüz digər itlər sizi onların sevimli olduqlarını düşünməyə vadar edəcək. Bu iki it sadəcə mənə "Qazanmaq üçün mübarizə apar, nümunəvi davranış göstər" sözlərini xatırlatdı” – deyib.

Fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılan şirkət cəriməni qəbul edib və Linin müqaviləsinə xitam verib.

Çin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında deyilir: “Biz heç vaxt heç bir şirkət və ya fərdin Çinin paytaxtından Xalq Azadlıq Ordusunun şərəfli imicini ləkələmək üçün səhnə kimi istifadə etməsinə icazə verməyəcəyik”.

Li isə sosial media hesabından açıqlama verərək, izləyicilərindən üzr istəyib: “Çox utandım və peşmanam. Mən məsuliyyəti öz üzərimə götürəcəyəm, bütün fəaliyyətləri dayandıracağam, düşünəcəyəm, yenidən öyrənəcəyəm”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az