Medvedevdən ŞOK AÇIQLAMA: Litva, Latviya və Estoniya Rusiyaya məxsusdur

12:03 - 18 May 2023

Medvedevdən ŞOK AÇIQLAMA: Litva, Latviya və Estoniya Rusiyaya məxsusdur

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş baş nazir Dmitri Medvedev verdiyi açıqlamada Baltikyanı ölkələrin Rusiyaya aid olduğunu iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tvitter hesabında yazdığı paylaşımda Litva, Latviya və Estoniyanı "vilayətlərimiz" kimi xarakterizə edən Medvedev, bu ölkələrin Ukrayna müharibəsi zamanı "özlərini murdarladıqlarını" iddia edib.

Medvedevin “təxribat” kimi qiymətləndirilən bəyanatı Fransa prezidenti Emmanuel Makronun ötən həftə Moskvanın “artıq geosiyasi baxımdan uduzduğunu” söylədiyi fikirlərə cavab olaraq verib.

Fransa lideri “Opinion” qəzetinə bunları demişdi:

“Rusiya faktiki olaraq Çinə tabelik dövrünə qədəm qoyub və Baltikyanı ölkələrə çıxışını itirib”.

Qeyd edək ki, üç Baltikyanı dövlət 1991-ci ildə dağılana qədər SSRİ tərəfindən işğal edilmişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az