Rusiya Kiyevdə ABŞ istehsalı olan “Patriot” sisteminin 5 buraxılış qurğusunun məhv edildiyini açıqlayıb. ABŞ isə təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada dünən Ukraynanın paytaxtı Kiyevdə Patriot hava hücumundan müdafiə sisteminin Rusiya tərəfindən vurulmasının təfərrüatları açıqlanıb.
Sözügedən məlumatın “etibarlı və təsdiqlənmiş” olduğu vurğulanan açıqlamada, “Mayın 16-da hipersəsli “Kinjal” raketi Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sisteminin 5 buraxılış meydançasını və çoxfunksiyalı radar stansiyasını tamamilə məhv edildiyi bildirilib.
ABŞ rəsmiləri isə sistemin zədələndiyini, lakin sistemin, xüsusilə də radar komponentlərinin işləməyə davam etdiyini bəyan ediblər.
Manşet.az