2023-2027-ci illərdə rekord istilər gəlir - BMT

13:36 - 18 May 2023

2023-2027-ci illərdə rekord istilər gəlir - BMT

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2023-2027-ci illərdə dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yaxın 5 ildə qlobal temperaturun Selsi üzrə 1,5 dərəcəni keçəcəyi ehtimal edilir.

Birləşmiş Millətlər Təşkilatının çətiri altında olan Ümumdünya Ticarət Təşkilatının hesabatında istixana qazı emissiyalarının və El Nino hava hadisəsinin hava istiliyini daha da artırdığına dair məlumatlar var.

Hesabatda 2023-2027-ci illərdən ən azı birinin ən isti il ​​olacağı və 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.

Sözügedən dövrdə səthə yaxın havanın illik orta temperaturunun sənaye inqilabından əvvəlkindən ən azı 1,5 dərəcə yüksək olacağı ehtimalı 66 faizdir.

Eyni şəkildə, qlobal hava istiliyi 2027-ci ilə qədər rekord səviyyəyə çatacaq.

Hava istiliyinin dünyanın müxtəlif yerlərində yağan yağışlara təsir göstərə biləcəyi bildirilərkən, bölgə miqyasında yağışların arta və ya azala biləcəyi qeyd edilib.

İstixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.

Hesabatda ifadələri yer alan Ümumdünya Ticarət Təşkilatının Baş Katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.

Taalas bu nəticələrə hazır olmaq barədə xəbərdarlıq etdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az