“Sotheby's” Hərrac Evi dünyanın ən qədim və ivrit dilində olan tam İncilinin 38,1 milyon dollara satıldığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 1100 illik əlyazma olan "Codex Sassoon" kimi tanınan İncil üçün ən yüksək qiymət təklif ABŞ-ın Rumıniyadakı keçmiş səfiri və Amerika Yəhudi Komitəsinin sədri Alfred H. Moses tərəfindən verilib.
İncilin İsraildəki ANU Yəhudi Xalq Muzeyinin tərəfdarları adından alınaraq eyni muzeyə bağışlandığı, təklifin isə kitab və ya sənəd üçün indiyə qədər verilən ən yüksək rəqəmlərdən biri olduğu bildirilib.
Manşet.az