Cənubi Koreya Şimali Koreyanı hədələdi: Şiddətli cavab veriləcək

16:54 - 18 May 2023

Cənubi Koreya Şimali Koreyanı hədələdi: Şiddətli cavab veriləcək

Cənubi Koreya Şimali Koreyanın hərbi casus peyki buraxması məsələsi ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soo-suk vurğulayıb ki, Şimali Koreyanın regionda gərginliyin artması riski daşıyan bu addımı BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyası ilə bağlı hər hansı buraxılışı qadağan edən çoxsaylı qətnamələrini pozacaq.

“Hökumətimiz beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək Şimali Koreyanın təxribatlarına sərt cavab verəcək”, - deyə Lim bildirib.

Sözçü, Şimalın orbitə çıxarmağı planlaşdırdığı peykin “regional sülh və təhlükəsizliyi açıq şəkildə təhdid edən qeyri-qanuni hərəkət” olduğunu vurğulayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az