Cənubi Afrika monarxiyasında, Lesoto Krallığında cinayətkarlıqla mübarizə məqsədilə komendant saatı elan edilib.
Manset.az xəbər verir ki, Lesoto hökumətindən verilən yazılı açıqlamada, artan cinayət hadisələri ilə mübarizə üçün ölkə daxilində saat 22:00-04:00 arasında komendant saatı elan edildiyi bildirilib.
Açıqlamada, qadağanın təhlükəsizlik və sağlamlıq kimi mühüm xidmətlərdə çalışanlar və xüsusi məzuniyyətdə olanlar istisna olmaqla hər kəsi əhatə etdiyi, qadağanı pozanların cərimə və ya 6 aydan 2 ilə qədər həbs cəzası ilə cəzalandırılacağı bildirilib.
Komendant saatının növbəti xəbərdarlığa qədər qüvvədə qalacağı qeyd edilib.
Jalə
Manşet.az