"Twitter Blue" abunəçiləri üçün MÖHTƏŞƏM YENİLİK

00:02 - 19 May 2023

\"Twitter Blue\" abunəçiləri üçün MÖHTƏŞƏM YENİLİK

"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri indi iki saata qədər müddəti olan video yükləyə bilərlər.

 

Manset.az xəbər verir ki, bu barədə "Twitter"in sahibi İlon Mask deyib.

"Hesabları təşdiqlənən "Twitter Blue" abunəçiləri artıq 2 saatlıq 8 GB həcmdə video yükləyə bilərlər", - deyə o öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, mart ayında İlon Mask "Twitter Blue" adlı ödənişli hesab təsdiqlənməsi indi bütün dünyada istifadəçilər üçün əlçatan olduğunu açıqladı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az