Ukrayna prezidenti Volodimir Zelenskinin Yaponiyada keçirilən G7 Liderlər Sammitində şəxsən iştirak edə biləcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha əvvəl sammitə videokonfrans vasitəsilə qatılacağı açıqlanan Zelenskinin sammit üçün Xirosimaya gələ biləcəyi bildirilib.
Planlaşdırılan sammit proqramı çərçivəsində liderlərin Ukrayna böhranı ilə bağlı xüsusi sessiya keçirəcəyi gözlənilir.
Onun mümkün səfəri halında, bu, Zelenskinin Rusiyanın hücumlarının başladığı 2022-ci ilin fevralından sonra Asiya regionuna ilk səfəri olacaq.
Yaponiyanın ev sahibliyi etdiyi, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderlərinin qatılacağı sammit mayın 21-də başa çatacaq.
Sammitə Avropa İttifaqı, İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya, Braziliya, Vyetnam liderləri və beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunub.
Qeyd edək ki, G7 qlobal siyasi və iqtisadi problemlərin həlli üçün mühüm beynəlxalq platformalardan biri hesab olunur.
Manşet.az