Hər şeyi bu qüvvə həll edəcək - Arestoviç

13:22 - 19 May 2023

Hər şeyi bu qüvvə həll edəcək - Arestoviç

Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yaranmasına baxmayaraq, hər şeyi piyadalar həll edir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç ölkəsinin əks-hücumu barədə danışarkən deyib.

"Bütün hərbi orkestrin piyadaların irəliləməsi üçün coğrafiyadan qeyri-standart istifadə etmək bacarığı - bu, hərb sənətidir. Kimsə ona sahibdir, kimsə yox. On beş aylıq müharibə göstərdi ki, düşmən ancaq cəbhədən hücuma keçməyi bilir", - sabiq müşavir bildirib.

O qeyd edib ki, Ukrayna müdafiə qüvvələri relyefdən, qüvvə və vasitələrin mövcudluğundan asılı olaraq, qeyri-standart hərəkətlər edə biləcəklərini nümayiş etdiriblər:

"Ərazi və hazırlıq nəzərə alınmadan cəbhədən hücumlar bizim yolumuz deyil. İndi əks-hücumun ilkin mərhələsi düşmənin arxa cəbhəsinin sıradan çıxarılması, onu effektiv müqavimət göstərmək imkanından məhrum etmək və təhdidlərə vaxtında cavab verməkdir. Ən maraqlısı daha sonra başlayacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az