Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin Ukraynaya verdiyi tükənmiş uran sursatlarının Ukraynada məhv edilməsindən sonra radioaktiv buludun meydana çıxdığını və Avropaya doğru irəlilədiyini iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Patruşev açıqlamasında, Qərbin ABŞ-ın təzyiqi ilə Ukraynaya tükənmiş uranla döyüş sursatı verdiyini ifadə edərək, "Bu sursatın məhv edilməsi nəticəsində yaranan radioaktiv bulud Qərbi Avropaya doğru istiqamət götürdü. Polşada artıq radiasiya dərəcəsi artıb” – deyib.
Patruşev həmçinin bildirib ki, ABŞ Ukrayna ərazisində kimyəvi və bioloji silahlar istehsal edir.
Manşet.az