ABŞ Ermənistan şirkətini "qara siyahı"ya saldı

18:37 - 19 May 2023

ABŞ Ermənistan şirkətini \"qara siyahı\"ya saldı

ABŞ Rusiyaya qarşı yeni ixrac məhdudiyyətləri tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan və Qırğızıstanın da şirkətləri "qara siyahı"ya düşüb.

ABŞ-dan Rusiya Federasiyasına və Belarusa ixracı qadağan edilən malların siyahısı genişləndirilib, həmçinin bir sıra telefon, səs yazıcı, mikrofon və məişət texnikasının Rusiya Federasiyasına idxalına qadağa qoyulub.

 Ermənistanın “Medisar” (kimya məhsullarının ixracı ilə məşğuldur) və Qırğızıstanın “Tro.Ya” (sənaye şirkətləri üçün avadanlıq təchizatçısı) şirkətlərinə də sanksiya tətbiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az