Rusiya BCM-nin baş prokuroru Xanın axtarışına order verir

19:32 - 19 May 2023

Rusiya BCM-nin baş prokuroru Xanın axtarışına order verir

Rusiya Daxili İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın axtarışına order verib.

 

Manset.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq axtarışda olanlar siyahısına əlavə edilib.

Rusiya İstintaq Komitəsi mart ayında Putinin həbsinə order verən Xana qarşı cinayət işi açıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az