Gürcü deputatlar Rusiyaya görə dalaşdılar

22:53 - 19 May 2023

Gürcü deputatlar Rusiyaya görə dalaşdılar

Gürcüstan parlamentinin “Aqmaşenebeli strategiyası” partiyasından olan deputat Giorgi Vaşadze və “Xalqın gücü” fraksiyasının üzvü İrakli Beraya plenar iclasda əlbəyaxa dava ediblər.

 

Manset.az xəbər verir ki, dava Gürcüstanın "TV Pirveli" telekanalında canlı yayımlayıb.

Vaşadze hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittiham edib.

Deputat çıxışını bitirəndən sonra Beraya ilə aralarında mübahisə baş verib, ardınca əlbəyaxa dava başlayıb.

Onları parlamentin məhkəmə icraçıları ayırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az