İranın baş prokuroru sosial media istifadəçilərini hədələdi - FOTO

13:02 - 20 May 2023

İranın baş prokuroru sosial media istifadəçilərini hədələdi - FOTO

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri sosial şəbəkə istifadəçilərini təhdid edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Baş prokuror sosial mediada qeyri-dəqiq və qıcıqlandırıcı müxtəlif məlumatların yayıldığını bildirib. O, problemlərlə bağlı faktlar təqdim edilmədən paylaşım edənlərə qarşı cinayət işinin açılacağını söyləyib.

Qeyd edək ki, Məhəmməd Cəfər Müntəziri daha öncə də dəfələrlə internet və sosial mediaya sərt məhdudiyyətlər qoyulması, sosial mediaya nəzarət edilməsi ilə bağlı təkliflər irəli sürüb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az