Zelenski son bir həftədə ikinci dəfə Sunakla GÖRÜŞDÜ

15:30 - 20 May 2023

Zelenski son bir həftədə ikinci dəfə Sunakla GÖRÜŞDÜ

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.

O, Rusiya ilə müharibədə Kiyevə verdiyi dəstəyə görə R.Sunaka təşəkkürlərini çatdırıb.

Tərəflər Ukrayna Prezidentinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Xatırladaq ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az