“Baxmutun azad edilməsi başa çatıb” - Rusiya MN

17:16 - 21 May 2023

“Baxmutun azad edilməsi başa çatıb” - Rusiya MN

“Baxmut şəhərinin azad edilməsi başa çatıb”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Vaqner dəstələrinin hücum hərəkətləri nəticəsində "Cənub" qüvvələr qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Baxmut şəhərinin azad edilməsi başa çatdı”, - deyə Rusiya MN bildirib.

Qeyd edək ki, “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın Ukraynanın Baxmut şəhərini tam nəzarətə götürdüyünü vurğulayıb.

Lakin Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini təsdiq edən məlumatı təkzib edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az